http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb

06 İyun 2023 , 15:42
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-na olan məlumatına əsasən respublikanın bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

"Operativ Media" xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, düşən yağıntının miqdarı Qusarda 16, Qaxda 15, Balakəndə 6, Zaqatala, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Quba, Şahdağ, Yardımlıda 5 mm-dək olub.

“Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

İyunun 5-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 36, dağlıq rayonlarda 26, yüksək dağlıq ərazilərdə 15, Aran rayonlarında 34 dərəcəyədək isti olub”.

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 9-u səhərədək davam edəcək.

“Ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bir sıra dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir”.

OXŞAR XƏBƏRLƏR
Buraxılış imtahanının nəticələri elan olunub

Buraxılış imtahanının nəticələri elan olunub

Azərbaycanda 5 günəş-külək stansiyasının inşasına başlanılacaq

Azərbaycanda 5 günəş-külək stansiyasının inşasına başlanılacaq

Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib

Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • 00:56

    Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
  • Dünən
    23:11

    “COP29” prezidenti ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə edib
    “COP29” prezidenti ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə edib
  • Dünən
    22:59

    Qaqauziya Kişinyovu hüquqlarını pozmaqda ittiham edib
  • Dünən
    22:44

    Mirzoyan: Rusiya ilə münasibətlərdə problemlər var
  • Dünən
    22:30

    Bakı metrosunda xəsarət alan var
    Bakı metrosunda xəsarət alan var
  • Dünən
    22:19

    Blinken: Çin Rusiyaya əsas silah tədarükçüsüdür
  • Dünən
    22:04

    Yermak və Siyarto arasında görüş olacaq
  • Dünən
    21:49

    BMT-nin baş katibi İranı təmkinli olmağa çağırıb
Menyu