http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb

06 İyun 2023 , 16:16
Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli rayonu ərazisində qanunsuz qum-çınqıl hasilatı və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar zamanı İmişli rayonunun Qaradonlu, Xubyarlı və Qaralar kəndi yaxınlığında “İmişli” qum-çınqıl yatağında “SND Group” MMC-nin vəzifəli şəxsləri, habelə fərdi sahibkarlar tərəfindən torpaq sahələrinin zəbt edilərək qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə ümumilikdə 158 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. 

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

İbtidai istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR
Ağdamda minalarla bağlı İşçi qrupun iclası keçirilib

Ağdamda minalarla bağlı İşçi qrupun iclası keçirilib

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - YENİLƏNİB-2

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - YENİLƏNİB-2

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb

XƏBƏR LENTİ
  • 21:12

    Türkiyə XİN İsrail XİN-ə cavab verib
  • 21:02

    Ağdamda minalarla bağlı İşçi qrupun iclası keçirilib
  • 21:01

    Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
    Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
  • 20:48

    KİV: Ərdoğan mayın 9-na planlaşdırılan ABŞ səfərini təxirə salıb
  • 20:38

    İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - YENİLƏNİB-2
    İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - YENİLƏNİB-2
  • 20:33

    Belçika Ukraynaya F-16 tədarük etməyi planlaşdırır
  • 20:26

    Azərbaycan cüdoçusu Avropa çempionu oldu
    Azərbaycan cüdoçusu Avropa çempionu oldu
  • 20:18

    İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
    İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
Menyu