http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş Prokurorluqda İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti ilə görüş keçirilib

06 İyun 2023 , 17:49
Baş Prokurorluqda İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti ilə görüş keçirilib

Baş Prokurorluqda İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti ilə görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

İyunun 6-da BMT-nin İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyasının (İCMP) Koordinasiya və əməkdaşlıq üzrə direktoru Andreas Kleyzerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Baş Prokurorluqda görüş keçirilib.

Qonaqları salamlayan Baş prokurorun birinci müavini Elçin Məmmədov birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 nəfər azərbaycanlının işgəncələrə məruz qalaraq öldürülüb kütləvi məzarlıqlarda basdırıldığını və bugünə kimi onların taleyinə aydınlıq gətirilmədiyini, Ermənistan tərəfindən müfəssəl məlumatların təqdim edilmədiyini qeyd edərək bu xüsusda İCMP ilə əməkdaşlığa böyük önəm verildiyini bildirib.

Qəbula görə təşəkkürünü ifadə edən Andreas Kleyzer hərbi münaqişələr zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və insanlıq əleyhinə törədilmiş cinayətlərin müəyyən edilməsi sahəsində uzun illərə dayanan təcrübəyə malik olan Komissiyanın Azərbaycan rəsmiləri ilə sıx əməkdaşlığa hazır olduğunu, xüsusilə prokurorluq orqanlarının bu sahədə  aparıcı rol oynadığını bildirib.

Tərəflər arasında itkin düşmüş şəxslərin qeydiyyatı, məlumat bazası, itkin düşmüş şəxslər və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Hərbi Prokurorluqda və Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Velosiped zolaqlarında müəyyən səhvlər aşkarlanır - EKSPERT

Velosiped zolaqlarında müəyyən səhvlər aşkarlanır - EKSPERT

Marketdən 8000 manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb

Marketdən 8000 manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb

NİİM vətəndaşlara müraciət edib

NİİM vətəndaşlara müraciət edib

XƏBƏR LENTİ
  • 14:29

    ABŞ Şimali Koreyanın nüvə silahlarına nəzarət etmək istəyir
  • 14:23

    Velosiped zolaqlarında müəyyən səhvlər aşkarlanır - EKSPERT
  • 14:20

    Marketdən 8000 manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb
  • 14:11

    NİİM vətəndaşlara müraciət edib
  • 14:10

    Zəngilanda silah-sursat aşkar edilib
  • 14:10

    "Əl Hilal"ın rekord qələbə seriyası kəsildi
  • 14:07

    Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb
  • 13:58

    MSB: İraq və Suriyanın şimalında 748 terrorçu zərərsizləşdirilib
Menyu