http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib

07 İyun 2023 , 10:28
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

"Son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin yaxın günlər ərzində davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə çağırır.

Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"

OXŞAR XƏBƏRLƏR
"Azərbaycan və Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılması yeni bir mərhələdir" - Politoloq

"Azərbaycan və Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılması yeni bir mərhələdir" - Politoloq

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Prezident COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda iştirak edib - YENİLƏNİB 2

Prezident COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda iştirak edib - YENİLƏNİB 2

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq
  • Dünən
    23:02

    2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
    2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
  • Dünən
    22:51

    Ukraynanın iki bölgəsində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    22:36

    Ermənistan polisi sərhədin delimitasiyası əleyhinə keçirilən aksiyanın iştirakçılarını saxlayıb
    Ermənistan polisi sərhədin delimitasiyası əleyhinə keçirilən aksiyanın iştirakçılarını saxlayıb
  • Dünən
    22:22

    ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi yardım paketi hazırlayır
  • Dünən
    22:08

    Podolyak: Üçüncü dünya müharibəsi artıq başlayıb
  • Dünən
    21:53

    Qriqoryan Sankt-Peterburqda təhlükəsizlik məsələlərini əlaqələndirən nümayəndələrin görüşündə iştirak etməyəcək
  • Dünən
    21:38

    Ukrayna və NATO Birgə Analitik Mərkəzin yaradılmasını müzakirə ediblər
Menyu