DSX: İrandan Naxçıvana 31 kq narkotik keçirilməsinin qarşısı alınıb
Redaksiya
İyun ayının 6-da saat 23:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
"Operativ Media"nın xəbərinə görə bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ümumi çəkisi 31 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net