http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanda ikinci əl avtomobil ehtiyat hissələrinin qiyməti 20 faizə qədər bahalaşıb

07 İyun 2023 , 16:40
Azərbaycanda ikinci əl avtomobil ehtiyat hissələrinin qiyməti 20 faizə qədər bahalaşıb

Bu il ötən ilə nisbətən ölkəyə avtomobil və ehtiyat hissələri ötən ilə nisbətən 54 faiz çox idxal edilib. 

"Operativ Media" xəbər verir ki, İkinci əl avtomobil ehtiyat hissələri daha çox idxal edilsə də bazarda qiymətlər kəskin bahalaşıb.

Avtomobil ustası Dəniz Ağabəylinin sözlərinə görə, hazırda bazarda 15-20 faiz aralığında bir qiymət artımı var. Təəssüfki, bu artım hər ay da davam edir. 
"Azərbaycana ikinci əl ehtiyat hissələri daha çox Almaniyadan və Gürcüstan bazarından idxal olunur. Ölkənin avtomobil parkında Koreya və Yaponiya istehsalı avtomobillərin artması, eyni zamanda Amerika bazarından kəskin idxal vəziyyəti dəyişib. Bazarda demək olar ki, bolluqdu, amma qiymət də artıb"-deyə usta qeyd edib.

Qiymətlərin artması məsələsinə isə Dəniz Ağabəyli belə aydınlıq gətirib. "Əvvəllər hansısa detalın qiyməti artanda satıcılar deyirdi ki, bu modelin xarici bazarlarda da detalı qalmayıb. İndi isə konkret deyirlər yerində qalxıb. yəni qiymət artımı yalnız Azərbaycanda deyil. Eyni detalı biz Gürcüstan bazarında da axtardıqda görürük ki, orda da artım var. Əslində köhnə avtomobillərin istifadəçi ölkələrinə baxdıqda görürük ki,Avropada demək olar ki, azalıb. Onsuz da bu avtomobillərin detallarına tələbat Azərbaycan, az da olsa Gürcüstan və bəzi inkişaf etməmiş ölkələrdi"-deyə Dəniz Ağabəyli bildirib.

Ustanın sözlərinə görə, hazırda ikinci əl ehtiyat hissələrinə tələbat yenilərdən daha çoxdur. Həm qiymətinin ucuz olması, həm də demək olar ki, bəzi detalların yenisi istehsal edilmir.

"Ölkədəki 1 milyon 400 min nəqliyyat vasitəsindən 1 milyon 300 mini minik avtomobilləridir. Bunun da 80 faizini yaşı 10 ildən çox olanlar təşkil edir. Bu o deməkdir ki, hər 100 maşından minimum 80-nə ikinci əl ehtiyat hissəsi lazımdır. Əksər avtomobillərin mühərrik, sürətlər qutusu, ön asqı sisteminin bəzi detallarını yenisi ilə əvəz eləmək olmur. Ona görə də ikinci ələ həmişə tələbat var.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumata görə, bu ilin yanvar-aprel  aylarında Azərbaycan 787 milyon 739 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 262 milyon 556 min dollar çoxdur.

OXŞAR XƏBƏRLƏR
Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

XƏBƏR LENTİ
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
Menyu