Menyu

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb

Nərmin Qocamanlı
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb

İyunun 7-si saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub. Qax rayonundan keçən Kürmükçayda gecədən başlayan sel hazırda davam edir.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,2 metrə çatıb.

Havanın temperaturu hazırda Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvan Muxtar Respublikasında 27-29, dağlıq rayonlarda 12-14, Aran rayonlarında 20-25 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək istidir.

Teqlər:

"Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb"

Əlaqəli Xəbərlər