Menyu

Üç rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb

Nərmin Qocamanlı
Üç rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli, Lerik və Xaçmaz rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluqdan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar zamanı qeyd edilən rayonların ərazilərində meşə fonduna daxil olmayan, ümumilikdə 99 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 50 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər