Aptekdən uşaq yeməkləri oğurlayan şəxs 20 sutka inzibati qaydada həbs edilib
Nərmin Qocamanlı
Cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.
Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsinində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib.
Teqlər:
"Aptekdən uşaq yeməkləri oğurlayan şəxs 20 sutka inzibati qaydada həbs edilib"