Masallıda heyvan oğurlayan şəxs saxlanılıb
Nərmin Qocamanlı
Masallı rayon Qızılağac kəndi ərazisindən kənd sakinlərindən birinə məxsus olan 4 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şöbhəli bilinən rayon sakini O.Məmmədov müəyyən edilərək saxlanılıb və oğurlanan heyvanlar aşkarlanaraq sahibinə qaytarılıb.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net