http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb

09 İyun 2023 , 08:59
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Nəvahi qəsəbə sakinləri Rafiq Məmmədov və Məmmədəli Gözəlov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı R.Məmmədovdan təmiz çəkisi 325 qram, M.Gözəlovdan isə 400 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Bundan əlavə eyni istiqamətdə şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı qeyd edilən cinayət əməli ilə məşğul olan daha dörd nəfər - Ə.Əskərli, V.Balayev, X.Məmmədov və M.Əskərov da saxlanılıblar. Həmin şəxslərdən isə müxtəlif çəkilərdə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan daha 3 nəfər saxlanılıb

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan daha 3 nəfər saxlanılıb

Oktyabrda hava necə olacaq? - PROQNOZ

Oktyabrda hava necə olacaq? - PROQNOZ

Azərbaycan Sərsəng su anbarını nəzarətə götürüb

Azərbaycan Sərsəng su anbarını nəzarətə götürüb

XƏBƏR LENTİ
  • 16:54

    Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib -XİN
    Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib -XİN
  • 16:45

    Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan daha 3 nəfər saxlanılıb
  • 16:37

    ƏƏSMN: Antiterror tədbirlərində şəhid olan hərbçilərin ailələrinin sosial dəstəklə təminatı istiqamətində işlər aparılır
  • 16:30

    Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başa çatıb - VİDEO
  • 16:30

    DTX: Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib
    DTX: Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib
  • 16:28

    Prezident İlham Əliyev: Biz Qafqazda sülh və sabitlik istəyirik
  • 16:13

    Pərviz Şahbazov TEPSCO-nun Baş icraçı direktoru ilə görüşüb
  • 16:05

    Azərbaycan və Gürcüstan iqtisadi əlaqələrin inkişafını müzakirə edib - YENİLƏNİB
Menyu