Menyu

Nəsimi rayonunda bir nəfərin bank kartından 2800 manat oğurlanıb

Nərmin Qocamanlı
Nəsimi rayonunda bir nəfərin bank kartından 2800 manat oğurlanıb

İyunun 4-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin bank kartının oğurlanması və hesabından 2800 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Şahin Məmmədov, Ağsu rayon sakini Etimad Həsənov, Bakı şəhər sakinləri Nicat Əzizli və Zahid Əzizov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

Teqlər:

"Nəsimi rayonunda bir nəfərin bank kartından 2800 manat oğurlanıb"

Əlaqəli Xəbərlər