Son 5 ayda DSMF-nin xərcləri 15 % artıb
Nərmin Qocamanlı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 5 ayında proqnozla müqayisədə 7 faiz və ya 168 mln. manat çox olmaqla 2 mlrd. 686 mln. manat təşkil edib.
"Operativ Media" xəbər verir ki, bu barədən Nazirlikdən bildirilib.
Məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-may aylarında proqnoza nisbətən 9 faiz və ya 168 mln. manat artaraq 2 mlrd. 70 mln. manat olub.
Son 5 ayda DSMF-nin xərcləri 2 mlrd. 506 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 328 mln. manat çoxdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net