Menyu

Bakı sakininə qarşı quldurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Bakı sakininə qarşı quldurluq edən şəxs saxlanılıb

İyunun 7-də Nizami rayonunun B.Nuriyev küçəsində Bakı şəhər sakini olan bir nəfərin quldurluq yolu ilə pulunun talanması barədə polisə məlumat daxil olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Saleh Allahyarov müəyyən olunaraq saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.

 Araşdırma aparılır.

Teqlər:

"Bakı sakininə qarşı quldurluq edən şəxs saxlanılıb"

Əlaqəli Xəbərlər