Vüqar Bayramov: "Bir sıra bölgələrdə qara bazarın fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var"
Nərmin Qocamanlı
Valyuta dəyişmə məntəqələrinin sayının artırılması və bütövlükdə fəaliyyətinin genişləndirilməsi çox vacibdir.
Bunu "Operativ Media"ya açıqlamasında deputat Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, artıq qanunvericiliyə yeni dəyişiklik təklif edilib və birinci oxunuşdan keçib."Təbiii ki, bu qanun valyutadəyişmə məntəqələrinin fəaliyyətini tənzimləyəcək, eyni zamanda hüquqi müstəvidə onlar üçün zəmin yaradacaq. Biz də valyutadəyişmə məntəqələrinin sayının artırılmasının tərəfdarıyıq və bununla bağlı təklifllər də vermişik."-deyə Vüqar Bayramov bildirib.
Vüqar Bayramovun sözlərinə görə, valyutadəyişmə məntəqələrinin sayının azlığı həm də qara bazarın fəaliyyətinin artmasını şərtləndirən faktorlardandır.
"Xüsusən bir sıra bölgələrdə qara bazarın fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Ölkəyə gələn turistlərin pullarını dəyişdirilməsində çətinlik var. Eyni zamanda şənbə və bazar günləri pul dəyişdirməkdə də çətinliklər var."
Millət vəkili bildirib ki, valyutadəyişmə məntəqələrinin sayının artırılması Azərbaycanda prioritet olan turizmin inkişafını səciyyələndirəcək.
"Xüsusən banklardan ayrı hüquqi şəxslər formasında yaradılacaq valyutadəyişmə məntəqələrinin sayı daha çox olacaq. Bu addım şənbə-bazar, qeyri iş günlərində tələbin ödənməsində töhvə verə bilər. Eyni zamanda qara bazarın da minimumlaşdırılması, şəffaflığıən artırılması üçün də önəmlidi", - deyə Vüqar Bayramov qeyd edib.
Teqlər:
"Vüqar Bayramov: \"Bir sıra bölgələrdə qara bazarın fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var\""