Menyu

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Xəbər verildiyi kimi, cari il fevralın 19-da Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin öldürülməsi faktı ilə bağlı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Sumqayıt rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ibtidai istintaqla 1982-ci il təvəllüdlü Taleh Əhmədovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Samirə Məmmədzadəyə kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Əhmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər