Menyu

Sabahın hava proqnozu açıqlanıb

Nərmin Qocamanlı
Sabahın hava proqnozu açıqlanıb

İyunun 11-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, gecə və səhər zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, gecə 8-13° isti, gündüz 15-20° isti olacaq

Teqlər:

"Sabahın hava proqnozu açıqlanıb"

Əlaqəli Xəbərlər