Cənubi Afrikada 5 bal gücündə zəlzələ baş verib
Nərmin Qocamanlı
Cənubi Afrika Respublikasının Qautenq əyalətində 5 bal gücündə zəlzələ baş verib.
"Operativ Media" xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Türkiyədə səhər saat 03.00 radələrində baş verən 5.0 bal gücündə zəlzələnin episentrinin Alberton şəhəri olduğunu açıqlayıb.
Yerin 10 kilometr dərinliyində baş verən zəlzələ ştat sakinləri tərəfindən hiss olunub.
Cənubi Afrikalılar sosial mediada zəlzələni güclü hiss etdiklərini bildirsələr də, can və mal itkisi ilə bağlı açıqlama verilməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net