http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Göygöldə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

12 İyun 2023 , 08:55
Göygöldə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Göygöl Rayon Polis Şöbəsinin və Sarısu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayonun Pənahlılar kəndindəki vətəndaşa məxsus un dəyirmanından ümumi dəyəri 4700 manat olan motor və digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Samir Əmirov və Goranboy rayon sakini Umud Yusibov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şübhəli şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar iyun ayının 6-da və 7-də ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 18 baş xırdabuynuzlu heyvanları da oğurlayıblar.

Faktlarla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şəmkirdə qanunsuz tikili sökülüb

Şəmkirdə qanunsuz tikili sökülüb

Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

XƏBƏR LENTİ
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 11:08

    Şəmkirdə qanunsuz tikili sökülüb
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
Menyu