Menyu

Ötən gün yol qəzalarında 6 nəfər ölüb

Nərmin Qocamanlı
Ötən gün yol qəzalarında 6 nəfər ölüb

İyunun 10-da və 11-də ölkə ərazisində qeydə alınan 110, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.

Teqlər:

"Ötən gün yol qəzalarında 6 nəfər ölüb"

Əlaqəli Xəbərlər