http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Metro tikintisinə görə 10 ildən çoxdur ki, bağlı olan yol nə vaxt açılacaq?

12 İyun 2023 , 16:20
Metro tikintisinə görə 10 ildən çoxdur ki, bağlı olan yol nə vaxt açılacaq?


Xudu Məmmədov küçəsi Həzi Aslanov metrostansiyasının çıxışında metro tikinti işləri getdiyindən 2013-cü ilin sentyabr ayından bəri bağlanıb. Tikintiyə başlamasından 10 il keçsə də, tikinti bitmir və demək olar ki, artıq iş də getmir.

"Operativ Media" tikinti işlərinin niyə başa çatmadığını araşdırıb.

Yolun bağlı olması həm bu ərazidə yaşayanların, həm də sürücülərin işini çətinləşdirib. Sakinlər deyir ki, Xudu Məmmədov və Məhəmməd Hadi küçəsinin kəsişməsinin bağlı olması minlərlə insanın işini çətinləşdirib.

"Bütün rahat avtobuslar keçirdi. Maşın çox olur deyə məhlədən çıxanda uşaqlara görə narahatıq. Piyada zolağı çəkilib. Amma nə olsun, piyada vurma o qədər olur".


"Çanta ilə gəlirik, evə nəsə alırıq. Yolumu niyə uzadıram mən? Külək olanda bu dəmirlərin səsindən yatmaq olmur. Qorxuruq ki, kiminsə başına düşəcək. Toz da ki, 10 ildir evimizdən əksik deyil."

"Əvvəllər Xudu Məmmədov küçəsi ilə düz gedirdik. İndi gərək fırlanaq sağ küçə ilə. Yolumuz uzanır, üstəlik o biri yolu da yüklənir".

"Burda yol elədir ki, dönən elə gəldiyi sürətlə gedir. O qədər qəza olub. Keçən dəfə vurdu, arvadla uşağı, uşaq öldü".

"Avtobusu döndərmək çətindir. Maşın saxlayırlar, qalırıq, necə dönək?

"İllərdir bu obyektdən bir qəpik pul götürməmişəm. 13 ildir ki, obyektlər bağlıdır. Dedilər iş bitsin açılacaq. Nə açılmaq heç iş getmir orda"-deyə sakinlər bildirirlər.

Məsələylə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Operativ Media" ya bildirib ki, tikintinin nə vaxt bitəcəyi bəlli deyil.

"Həmin ərazidə yeni stansiyanın tikintisi aparılır. Xəttlərin ayrılması üçün orada işlər görülür. 4 stansiya olmalıdı ümumi işlərin yekunlaşması üçün. Yoxsa bir stansiyanın olması mənasız olar. Xətai metrostansiyasından sonra 8 noyabr prospektində Ağ Şəhər istiqamətində bir stansiyanın, Xəzər televiziyasının yaxınlığında bir stansiyanın, Nargilə dairəsinin yaxınlığında bir stansiyanın olması planlaşdırılır.  Xəttlərin ayrılması prosesi Bakının baş planı təsdiqləndikdən sonra olacaq. Lakin o hələ təsdiqlənmədiyindən konkret vaxt demək çətindir."

Əgər baş plan 10 il qabaq təsdiqlənməmişdisə və baş plan olmadan işin icrası mümkün deyildisə, tikintiyə niyə başlanıb və yol bağlanıb sualına isə Bəxtiyar Məmmədov belə cavab verib.

"Eyni qaydada İçərişəhərdə də xətt ayrılması nəzərdə tutulur. Ordan da əlavə iki stansiyaya xətt ayrılacaq. Lakin orda da iş getmir. Çünki Bakının baş planı təsdiqlənməyib. Həzi Aslanovda iş fərqlidi. Tunelin altından tunelin çəkilməsi lazımdı. Həmin vaxt baş plan barədə müzakirələr var idi. Qərara alındı ki, işlərə başlansın. İndi isə işlər yalnız məhdud çərçivədə aparılır".

OXŞAR XƏBƏRLƏR
Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

XƏBƏR LENTİ
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
Menyu