http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Polis Abşeronda əməliyyat keçirib, saxlanılanlar var

12 İyun 2023 , 16:32
Polis Abşeronda əməliyyat keçirib, saxlanılanlar var

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin satışını təşkil edən, habelə üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslərə qarşı əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan - əvvəllər məhkum olunmuş Niyaz Babayev, Məhərrəm Nəhmətov və Məhərrəm Xasanov tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdən ümumilikdə 8 kiloqram, o cümlədən 6 kiloqram narkotik vasitə heroin və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslərin narkotikləri İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. 

Qeyd edək ki, cari ilin aprel-may aylarında Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərlə bağlı 124 fakt aşkar edilib. Həmin faktlar üzrə 12 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. 
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının Xırdalan şəhəri və Mehdiabad qəsəbəsində  həyata keçirdikləri əməliyyatlar zamanı isə qanunsuz olaraq odlu silah saxlayan əvvəllər məhkum olunmuş Namiq Rəhimov və Habil Əliyev tutulublar. Bu şəxslərdən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 56 ədəd patron və 2 ədəd patron darağı aşkar edilib. 

Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər qanunazidd əməllərə yol verən şəxslərin saxlanılmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR
Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
Menyu