http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycanda 2023-cü ildə rəqəmsal ödənişlərin xüsusi çəkisi 51 faizə çatıb

13 İyun 2023 , 11:13
Azərbaycanda 2023-cü ildə rəqəmsal ödənişlərin xüsusi çəkisi 51 faizə çatıb

Beynəlxalq Valyuta Fondunun hazırladığı sənəddə idarəetmə, tənzimləmə və bazarın liberallaşdırılması daxil olmaqla, struktur islahatlarının ortamüddətli perspektivdə Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi artımı 5-7 faiz sürətləndirə biləcəyi göstərilir.

"Operativ Media" xəbər verir ki, bu barədə iyunun 13-də Bakıda keçirilən “Fintex summit 2023” - Maliyyə və Texnologiyalar Sərgisi çərçivəsində “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” adlı sammitdə çıxışında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Bildirib ki, maliyyə texnologiyalarının və bu sahədə idarəetmənin təkmilləşdirilməsi zəruri addımdır. Rəqəmsal ödənişlərin qlobal əməliyyat dəyərinin cari ilin sonuna qədər 6,7 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Azərbaycanda isə 2023-cü ildə rəqəmsal ödənişlərin xüsusi çəkisi 51 faizə çatıb.

Qeyd olunub ki, Azərbaycan dövləti 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsində həm də milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir.

OXŞAR XƏBƏRLƏR
Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

XƏBƏR LENTİ
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
Menyu