http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Bankların “qara siyahı”sından necə çıxmaq olar?

13 İyun 2023 , 11:40
Bankların “qara siyahı”sından necə çıxmaq olar?

Son bir neçə ildə gecikdirilmiş kreditlərin həcmi kifayət qədər artıb. Bankdan kredit götürən vətəndaş işini itirdikdə, xərcləri artıqda və ya digər fors major halla rastlaşdıqda ödəməni gecikdirir. Nəticədə vətəndaş Kredit Bürosunun “Qara siyahı”na düşür və banklar həmin vətəndaşa kredit təklif etmir. 

“Operativ Media” “Qara siyahı”dan çıxmağın yollarını araşdırıb.

Əvvəlcə müəyyən edək kredit hansı müddətə gecikdiriləndə bu proses baş verir. Qanunvericiliklə real vəziyyət fərqlidir. Vətəndaşlar bank və ya digər təşkilatlardan kredit götürdükdə, daha sonra isə aylıq ödənişləri bir gün belə gecikdirdikdə bu müddət yekunda kredit bürosunda toplanır və onlar maliyyə ödənişi baxımından intizamsız müştəri kimi qeydə alınırlar. Növbəti dəfə həmin şəxslərə kredit verildikdə kredit tarixcələri əsas götürülür. Bəzi banklar 35 gün gecikməsi olan vətəndaşa kredit vermir. Amma elə banklar var ki, bu gecikməni daha az da hesablaya bilir. Əgər vətəndaş il ərzində toplam gecikdirilən günlərin sayı 35 gündürsə, artıq o qara siyahıya düşür. Lakin burda gecikmə günlərinin minimum həddi bəlli deyil. 
Vəkil Anar Ramazanov bildirir ki, mənfi kredit tarixçəsi olan vətəndaşa kredit verilməsi mümkün deyil. Verilsə belə, bu məbləğ çox cüzi olur. Bəs “qara siyahı”ya düşməyin qarşısını necə almaq olar? 

“Qara siyahıya düşməyin qarşısını almaq üçün həmin təşkilata yaxınlaşmalıdırlar. Onlarla müqaviləyə dəyişiklik eləməyi onlardan xahiş etməlidirlər ki, mən bir müddət ödəniş edə bilməyəcəm, xahiş edirəm mənə məsələn 1 ay, 2 ay möhlət verin  və ya müqavilə şərtlərini dəyişək, aylıq ödənişi 2-3 dəfə azaldaq ki, mən ödəniş edə bilim.

Vəkilin sözlərinə görə, “qara siyahı”ya düşmək asan, ordan çıxmaq isə çox çətindir. Amma təbii ki, “vətəndaş bir ömür həmin siyahıda qalacaq” deyə bir qayda da yoxdur.

“Siyahıdan çıxmaq üçün vətəndaş özünün ödəmə qabiliyyətinin və maliyə intizamlılığının olması ilə bağlı öz vəziyyətinin dəyişdiyini sübut eləməlidir. Özünə bir normal, stabil iş yeri və gəlirli bir iş yeri tapmalıdırlar ki, banka müraciət edəndə bank bunların stabil və normal iş yerini elektron sistemdən görsün. Banklardan cüzi miqdarda, simvolik olaraq 500 manat kredit götürmək üçün müraciət etsinlər Təcrübədə banklar illərdir belə işləyirlər. Götürülən  krediti ən azı 12 ay ərzində 1 gün belə gecikmə olmadan ödəsinlər ki, onların tarixçəsi dəyişsin.”-deyə Anar Ramazanov bildirib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu