http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 16 % artıb

13 İyun 2023 , 12:17
Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 16 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 858,2 milyon manat məbləğində vəsait yönəldilib.

"Operativ Media"nın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9 % çoxdur.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,9 %, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,2 % artıb. İstifadə olunmuş vəsaitin 3 milyard 432,5 milyon manatı və ya 58,6 %-i məhsul istehsalı sahələrinə, 2 milyard 097,8 milyon manatı (35,8 %-i) xidmət sahələrinə, 327,9 milyon manatı (5,6 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 314,5 milyon manatını və ya 73,6 %-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 124,3 milyon manatı və ya 70,4 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6 %, büdcə vəsaitləri 35,6 %, əhalinin şəxsi vəsaitləri 6,7 %, bank kreditləri 3,4 %, sair vəsaitlər isə 5,7 % təşkil edib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu