14 İyun 2023, 10:43
Son beş ayda əhaliyə sosial müavinətlər üzrə 409 mln. manat ödənilib
Son beş ayda əhaliyə sosial müavinətlər üzrə 409 mln. manat ödənilib şəkil
Son beş ayda əhaliyə sosial müavinətlər üzrə 409 mln. manat ödənilib

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 446 min nəfərə sosial müavinət, 372 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 409 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 266 mln. manat ödənilib.

Son 5 ayda 57,7 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 486,7 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

 

Son xəbərlər
Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Bakının bəzi rayon və qəsəbələrində qaz olmayacaq
Ərdoğan Macarıstan Prezidenti ilə görüşüb
Robert Fiço: Qərb gələcəkdə Ukraynanı qurban verə bilər
Dünyaca məşhur nəşriyyat Heydər Əliyev haqqında akademik kitab nəşr edib - FOTO
Türkiyə MİT rəhbəri Dəməşqə səfər edib
Bakının bəzi küçə və prospektlərində sıxlıq var
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib