Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov ilə Pakistan İslam Respublikasının ticarət naziri Səid Navid Qəmər və neft üzrə dövlət naziri Musadik Məsud Malik arasında görüş olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün tvitter hesabında bildirib.
"Həmkarım energetika naziri Pərviz Şahbazov ilə birlikdə Pakistan İslam Respublikasının ticarət naziri Səid Navid Qəmər və neft üzrə dövlət naziri Musadik Məsud Maliklə keçirdiyimiz görüşdə iqtisadi münasibətlərinin inkişaf istiqamətləri, ticarət əlaqələrinin gücləndirilməsinə təkan verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı görülən işlər, qarşılıqlı sərmayələrin təşviqi və energetika sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq", - paylaşımda deyilir.
Şəkil Qalereyası








