Energetika naziri Pərviz Şahbazov OPEC-in Baş katibi Haysam Əl-Qays ilə görüşüb.
"OPEC-in baş katibi Haysam Əl-Qays ilk dəfədir neftin tarixi vətəni Azərbaycanda səfərdədir. Baş katiblə OPECplus formatında əməkdaşlığımıza, neft bazarında sabitlik məqsədli preventiv tədbirlərə dair səmərəli müzakirələrimiz oldu. OPEC Azərbaycanın təşəbbüs və fəaliyyətini yüksək qiymətləndirir"-deyə nazir tviterdə bildirib.






