Qubada ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib
Redaksiya
Quba rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Qımılqazma kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
Məsələ ilə bağlı qanunamüvafiq tədbir görülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Teqlər:
"Qubada ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib"