http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

“Baku Steel Company" QSC 2022-ci il üzrə göstəricilərini açıqlayıb

20 İyul 2023 , 17:02
“Baku Steel Company" QSC 2022-ci il üzrə göstəricilərini açıqlayıb

Qafqaz regionunun ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC 2022-ci il üzrə maliyyə və digər əsas fəaliyyət göstəricilərini açıqlayıb. 

Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarında aktivləri 2022-ci ildə, əvvəlki illə müqayisədə, 11% artaraq 262,7 milyon manata, kapitalı isə 82,3% artaraq 87,7 milyon manata çatıb. 

Qrupun 2022-ci il üzrə xalis mənfəəti, 2021-ci illə müqayisədə, 7,5% artaraq 71,6 milyon manata bərabər olub. 

BSC-nin həm istehsal, həm də satış rəqəmlərində də artım qeydə alınıb. Belə ki, 2022-ci il üzrə satışlar 30,5% artaraq 392,9 milyon manata(ƏDV-siz) çatıb. Xam polad istehsalı – pəstah 26,5%, armatur və polad məftil istehsalı isə 35,5% artıb. Boru istehsalı üzrə artım daha çox –36,8%-ə bərabərdir. Şirkət tərəfindən 2022-ci ildə 362 min ton pəstah, 314 min ton armatur və polad məftil, 26 min ton boru istehsal edilib. 

İstehsal və satışda artımın məntiqi nəticəsi olaraq, BSC-nin həm işçi sayı, həm də dövlət büdcəsinə ödənilmiş vergiləri də öz növbəsində artıb. İşçi sayı, ötən illə müqayisədə, 168 nəfər artaraq 2022-ci ilin sonuna 1902nəfər təşkil edib. 

Ötən il ərzində Qrup dövlət büdcəsinə 65,3 milyon manat vergi və sosial sığorta ödənişləri həyata keçirdib. 

Xatırladaq ki, BSC, Azərbaycanın ən böyük istehsalçılarından biri kimi, yüksək keyfiyyətdə armatur, katanka, kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada, həmçinin şveller, künclüklər, ikitavrlar, kvadrat və dairəvi çubuqlar da hazırlamaq mümkündür. 20 ildən artıq fəaliyyəti dövründə, nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilən BSC-ninməhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, Avropa, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunub.​

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu