Menyu

Yasamalda quldurluq edən şəxs tutulub

Nərmin Qocamanlı
Yasamalda quldurluq edən şəxs tutulub

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 20-də saat 12 radələrində A.M.Şərifzadə küçəsində yerləşən bir mağazada satıcını kəsici alətlə hədələyərək quldurluq yolu ilə oradan geyim əşyası talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Aydın Abbasov saxlanılıb.

DİN mətbuat xidmətinən "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla onun iyulun 18-də soyğunçuluq yolu ilə bir qadının içərisində pulu və mobil telefonu olan cüzdanını talaması da müəyyən olunub.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Teqlər:

"Yasamalda quldurluq edən şəxs tutulub"

Əlaqəli Xəbərlər