http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Balakəndə vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb ediliblər

21 İyul 2023 , 16:31
Balakəndə vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb ediliblər

Ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi, sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə Balakəndə polis əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər zamanı rayonun Qaysa, Yeni Şərif və Şambul kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Aşkar olunmuş faktlarla bağlı adları qeyd olunan kəndlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib. Həmçinin,çirkləndirilmiş ərazilərin tullantılardan təmizlənməsi təmin edilib.

OXŞAR XƏBƏRLƏR
XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

XƏBƏR LENTİ
  • 08:31

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:04

    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Menyu