Misir prezidenti Əbdülfəttah əs-Sisi Əmr əl-Hamamini Misirin Ankaradakı səfiri təyin edib.
"Operativ Media" xəbər verir ki, təyinatla bağlı sərəncam prezident Sisinin imzası ilə Rəsmi Qəzetdə dərc olunub.
Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər səfirlik səviyyəsinə qaldırılana qədər Hamami Ankarada müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.
Eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Rəsmi Qəzetdə dərc olunan qərarla Salih Mutlu Şen Türkiyənin Qahirə səfiri təyin edilib.