Menyu

Minlərlə müxalif İsraildə məhkəmə islahatları əleyhinə yürüş keçirib

Minlərlə müxalif İsraildə məhkəmə islahatları əleyhinə yürüş keçirib

İsraildə yüksək məhkəmə sisteminin səlahiyyətlərini məhdudlaşdıracaq məhkəmə islahatlarını tənqid edən minlərlə insan Təl-Əvivdən Qüdsə doğru yürüşlərini davam etdirir.

"Operativ Media" xəbər verir ki, İsraildə Baş nazir Binyamin Netanyahu hökumətinin sözügedən qanun layihəsini bazar ertəsi parlamentdə müzakirəyə çıxarması gözlənilir.

Buna etiraz olaraq, Qüdsə yürüş edən minlərlə insan bu gün şəhərə çatıb.

“Reuters” xəbər agentliyinin məlumatına görə, günlərdir yürüş edən nümayişçilər gecə saatlarında yolda düşərgə qurublar. Etirazçılar bazar günü keçiriləcək iclasdan əvvəl parlament qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.
 

Teqlər:

"Minlərlə müxalif İsraildə məhkəmə islahatları əleyhinə yürüş keçirib"

Əlaqəli Xəbərlər