Rusiya prezidenti Vladimir Putin hazırda Rusiyada işgüzar səfərdə olan belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Belarus dövlət başçısı şənbə günü axşam Rusiyaya gəlib.
Kremlindən qeyd edilib ki, iki lider “Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı, habelə Birlik dövləti çərçivəsində inteqrasiya ilə bağlı aktual məsələləri” müzakirə edəcəklər.
Prezidentlər ikitərəfli münasibətlərin ən mühüm və fundamental məsələlərinin geniş spektrinə, o cümlədən təhlükəsizlik, beynəlxalq gündəm, iqtisadi əməkdaşlıq, Birlik Dövlətləri proqramlarının həyata keçirilməsi və qeyri-qanuni sanksiyalara qarşı təzyiqlərə qarşı əməkdaşlığa toxunacaqlar.