Polşada Ukraynadan gələn "Leopard" tanklarının təmiri mərkəzi fəaliyyətə başlayıb
Polşada Ukraynadan gələn "Leopard" tanklarının təmiri mərkəzi fəaliyyətə başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak “Twitter” səhifəsində bildirib.
"Qlivitsedəki texniki xidmət mərkəzi fəaliyyətə başlayıb. İlk iki "Leopard" Ukraynadan Bumar obyektinə gətirilib", - tvitdə deyilir.
Almaniya Müdafiə Nazirliyi iyulun 12-də bəyan edib ki, Berlin və Varşava Ukraynada hərbi fəaliyyətdə iştirak edən “Leopard” tanklarının təmirini birgə koordinasiya etməyi planlaşdırır.
Der Spiegel xəbər verir ki, Polşanın PGZ şirkəti zədələnmiş tankların ilkin yoxlanışı üçün 100 000 avrodan çox ödəniş etməyi planlaşdırır, Almaniyada isə oxşar prosedur yarası cəmi 12 000 avroya başa gəlir.
Teqlər:
"Polşada Ukraynadan gələn \"Leopard\" tanklarının təmiri mərkəzi fəaliyyətə başlayıb"