http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Rodosdan 19 min insan təxliyə edilib (YENİLƏNİB)

23 İyul 2023 , 16:47
Rodosdan 19 min insan təxliyə edilib (YENİLƏNİB)

Meşə yanğınlarının bitmədiyi Yunanıstanın Rodos adasında ötən gecə 19 min insanın təxliyə edildiyi açıqlanıb.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, Rodos adasında 6 gün əvvəl başlayan meşə yanğınını nəzarət altına almaq üçün atılan addımlar hələlik nəticəsiz qalıb.

Yunanıstan İqlim Nazirliyindən insanların təxliyyəsi ilə bağlı verilən açıqlamada deyilib: “Bu təxliyə əməliyyatı ölkədə indiyə qədər həyata keçirilən ən böyük təxliyə əməliyyatıdır”.

Açıqlamada 16 min nəfərin qurudan, 3 min nəfərin isə dənizdən təxliyə edildiyi, tələfatın olmadığı bildirilib.

Açıqlamada tənəffüs yollarında problem olan 9 nəfərin xəstəxanaya aparıldığı qeyd edilib.

Səlahiyyətlilər yanğın riskini 5-ci kateqoriyaya yüksəldiblər ki, bu da Mərkəzi və Cənubi Yunanıstanın bütün şərq hissəsində, Euboea və Rodos adalarında ən yüksək göstəricidir.

Başlanğıcda adanın dağlıq əraziləri ilə məhdudlaşan yanğınlar güclü külək, yüksək temperatur və quru havanın təsiri ilə dəbdəbəli otellər də daxil olmaqla sahilyanı ərazilərə yayılıb.

Adanın bəzi yerlərində telefon əlaqəsi kəsildiyi üçün evakuasiya çətinləşib.

Yunan mətbuatında təxliyə edilənlərin gecəni idman salonlarında, məktəblərdə və konfrans mərkəzlərində keçirdikləri, panikaya düşən çoxlu turistin Rodos hava limanına gedərək adanı tərk etməyə çalışdığı bildirilib.

*** 14:39

Rodos adasında 6 gün əvvəl başlayan meşə yanğını yayılmağa davam edərkən, səlahiyyətlilər "yeni yaşayış məntəqələrinin boşaldılması əmri" verib.

"Operativ Media" xəbər verir ki, Yunanıstan mətbuatında əksini tapan xəbərlərə görə, söndürmə işlərinin fasiləsiz davam etdiyi adada Lindos, Pefkus, Kalatho, Masari, Malona və Haraki bölgələrində vətəndaşların təxliyəsi tələb edilib.

Üç aktiv nöqtədə yanğının söndürülməsində 266 yanğınsöndürən, 42 texnika, 5 helikopter və 10 təyyarə çalışır.

Rodosdakı yanğının ölkədəki aktiv yanğınlar arasında ən təhlükəlisi olduğuna diqqət çəkən səlahiyyətlilər, gün ərzində adaya 15 maşın və daha 60 yanğınsöndürən gələcəyini açıqlayıb.

Yunanıstan yanğınsöndürmə briqadasının sözçüsü Yannis Artopios açıqlamasında bildirib ki, yanğın insan tərəfindən törədilib. 

Yanğının qəsdən, səhlənkarlıqdan və ya qəza nəticəsində baş verdiyinin araşdırıldığı bildirilib. 
 

OXŞAR XƏBƏRLƏR
ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq

ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq

Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək

Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək

İnam Kərimov Qırğızıstanda səfərdə olub

İnam Kərimov Qırğızıstanda səfərdə olub

XƏBƏR LENTİ
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
Menyu