Rusiyanın paytaxtı Moskvada ticarət mərkəzlərinin birində isti su borusunun partlaması nəticəsində 4 nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, hadisə nəticəsində çox sayda insan yaralanıb.
Sağlamlıq qruplarının sövq edildiyi hadisə yerində yaralıların və cəsədlərin üzərində yanıqların olduğu bildirilib. Partlayış nəticəsində ticarət mərkəzindəki restoranı su basıb.
Moskva meri Sergey Sobyanin verdiyi açıqlamada yaralıların xəstəxanaya aparıldığını bildirib: "Bütün zərərçəkənləri tibbi avadanlıqlarla təmin edirik".
2007-ci ildə Moskvada istifadəyə verilən ticarət mərkəzində 150-dən çox mağaza var.