İsraildə alimlər məhkəmə islahatlarına etiraz məqsədilə tətil qərarı alıblar
İsraildə Təl-Əviv Universiteti, Qüds İbrani Universiteti, Negev Ben-Qurion Universiteti və Technion Universitetinin alimləri məhkəmə islahatlarına qarşı tətil etmək qərarına gəliblər.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, adı çəkilən 4 universitetdə çalışan akademiklərin baş nazir Binyamin Netanyahu hökumətinin mübahisəli məhkəmə islahatlarına qarşı tətil edəcəkləri bildirilib.
İsrailin “Walla News” xəbər saytının məlumatına görə, Təl-Əviv Universiteti, Qüds İbrani Universiteti, Negev Ben-Qurion Universiteti və Technion Universitetinin alimləri qərarlarını bildiriblər.
Qeyd edilib ki, sözügedən akademiklər Ali Məhkəmənin hökumət üzərində nəzarətini aradan qaldıracaq qanun layihəsinin sabah Milli Məclisə gətirilməsinə cavab olaraq bu qərarı veriblər.
Teqlər:
"İsraildə alimlər məhkəmə islahatlarına etiraz məqsədilə tətil qərarı alıblar"