Menyu

Lukaşenko Putinə: "Polşa qoşunları Birlik Dövləti sərhədlərinə doğru hərəkət edir"

Lukaşenko Putinə: "Polşa qoşunları Birlik Dövləti sərhədlərinə doğru hərəkət edir"

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə Polşa qoşunlarının Birlik Dövlətinin sərhədlərinə doğru hərəkətini göstərən xəritə təqdim edib.

"Operativ Media" xəbər verir ki, bu barədə BelTA xəbər agentliyi məlumat yayıb.

Lukaşenko qeyd edib: “Polşa briqadalarından biri hazırda Brestdən 40 kilometr, digəri isə Qrodnodan təxminən 100 kilometr aralıda yerləşdirilib”.

Qeyd edək ki, iyulun əvvəlində Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı 12-ci və 17-ci mexanikləşdirilmiş briqadalardan 1000 hərbçi və 200-ə yaxın texnikanın Polşanın şərq hissəsinə köçürülməsi barədə qərar verib.

Teqlər:

"Lukaşenko Putinə: \"Polşa qoşunları Birlik Dövləti sərhədlərinə doğru hərəkət edir\""

Əlaqəli Xəbərlər