Menyu

Sudanda xəstəxanaların 70%-i xidmət göstərmir

Gozel Həşimova
Sudanda xəstəxanaların 70%-i xidmət göstərmir

Vətəndaş müharibəsinin davam etdiyi Sudanda xəstəxanaların 70%-i xidmət göstərə bilmir.

"Operativ Media" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sudan Həkimlər Birliyi məlumat yayıb.

Məlumata görə, paytaxt Xartum və digər münaqişə bölgələrindəki xəstəxanaların çoxu artıq fəaliyyətini dayandırıb. Belə ki, paytaxt və digər şəhərlərdəki 89 xəstəxanadan 62-nin xəstə qəbul edə bilmədiyi, 27 xəstəxananın isə normal və ya qismən fəaliyyətini davam etdirdiyi bildirilib.

BMT-nin son bəyanatlarına görə, ölkədə münaqişələr zamanı 3000-dən çox insan həlak olub, on minlərlə insan yaralanıb, 3 milyondan çox insan didərgin düşüb.

 

Gözəl Həşimova

Teqlər:

"Sudanda xəstəxanaların 70%-i xidmət göstərmir"

Əlaqəli Xəbərlər