Amerikalılara verilən Rusiya vizalarının sayı 3 dəfə azalıb
Gozel Həşimova
Bu ilin yanvar-iyul aylarında ABŞ vətəndaşlarına Rusiyaya daxil olmaq üçün verilən vizaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə azalıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Nadejda Şumova “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, verilən vizaların sayının bu qədər azalması təəccüblü deyil, çünki əksər ABŞ mediasında Rusiya əleyhinə təbliğat aparılır.
Gözəl Həşimova
Teqlər:
"Amerikalılara verilən Rusiya vizalarının sayı 3 dəfə azalıb"