İndoneziyanın Sulavesi adası yaxınlığında tutumundan artıq sərnişin daşıyan qayıq batıb.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, qayığın batması nəticəsində 15 nəfər ölüb, 19 nəfər itkin düşüb.
Məlumata görə, xilasetmə qrupları indiyədək 6 nəfəri xilas edib, itkin düşənlərin axtarışı isə davam edir. Bildirilib ki, 20 nəfər daşımaq üçün nəzərdə tutulan taxta qayıqda 40 nəfər olub.