Menyu

Siyəzəndə asfalt zavodunun nümayəndəsi cərimələnib

Gozel Həşimova
Siyəzəndə asfalt zavodunun nümayəndəsi cərimələnib

Siyəzəndə asfalt zavodunun nümayəndəsi cərimələnib.

Bu barədə "Operativ Media" Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.

Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Siyəzən rayonunda fəaliyyət göstərən “2 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodundan atmosfer havasına tüstünün yayıldığı müəyyən edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun quraşdırılmadığı üçün atmosfer havasına normadan artıq tullantının atıldığı məlum olub.

Faktla bağlı zavodun səlahiyyətli nümayəndəsi Xoşbəxt Adıgözəlov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda təmizləyici qurğunun quraşdırılması məqsədilə məcburi göstəriş verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər