Polşaya müharibə başlayandan bəri 13 milyondan çox ukraynalı gəlib
Gozel Həşimova
Polşaya son 24 saat ərzində daha 33,700 qaçqın gəlib.
"Operatıv Media" dünya mətbuatına istinadən xəbər verir ki, müharibə başlayandan bəri ümumilikdə 13,8 milyon ukraynalı Polşayaya gəlib.
Məlumata əsasən, hazırda təxminən 4 milyon ukraynalı Avropa İttifaqı ölkələrində müvəqqəti qoruma statusuna malikdir.
BMT-nin son məlumatlarına görə, davam edən Rusiya-Ukrayna müharibəsi 9000-dən çox dinc sakinin ölümünə və 15700-dən çox insanın yaralanmasına səbəb olub.
Gözəl Həşimova
Teqlər:
"Polşaya müharibə başlayandan bəri 13 milyondan çox ukraynalı gəlib"