Menyu

Rusiyadan kapital axını rekord həddə çatıb

Gozel Həşimova
Rusiyadan kapital axını rekord həddə çatıb

Rusiyadan 2022-ci ilin fevralından 2023-cü ilin iyun ayına qədər xalis kapital axını 253 milyard dollara çatıb.

"Operativ Media" "Unian"a istinadən xəbər verir ki, bu göstərici rekord səviyyə hesab olunur.

Məlumata görə, xarici ölkələr ilə hesablaşmaları çətinləşdirən sanksiyalara və Rusiya Mərkəzi Bankının sərt valyuta məhdudiyyətlərinə baxmayaraq, ölkə iqtisadiyyatı müharibə başlayandan bəri görünməmiş kapital axını yaşayıb.

Əlavə edək ki, 2022-ci ildə Rusiyadan kapital axını 239 milyard dollar olub ki, bu da 2021-ci illə müqayisədə 4 dəfə çoxdur.

Teqlər:

"Rusiyadan kapital axını rekord həddə çatıb"

Əlaqəli Xəbərlər