Menyu

Türkiyə Şimali İraqda şəhid verib (FOTO)

Türkiyə Şimali İraqda şəhid verib (FOTO)

İraqın şimalında "Pençe-Kilit" əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin hücumu nəticəsində Türkiyə Ordusunun əsgəri Mehmet Can şəhid olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən yazılı açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib:

"Pençe-Kilit" hərəkatı bölgəsində kəşfiyyat və müşahidə fəaliyyətləri həyata keçirən hərbçimizə separatçı terror təşkilatı üzvləri tərəfindən açılan atəş nəticəsində müqaviləli piyada əsgər Mehmet Can şəhid olub.

Bizə dərin ağrı və hüzn yaşadan bu hadisədə həyatını itirən şəhidimizə Allah rəhmət eləsin, ailəsinə, Türk Silahlı Qüvvələrinə və şanlı millətimizə başsağlığı verir, səbr diləyirik".

Teqlər:

"Türkiyə Şimali İraqda şəhid verib (FOTO)"

Əlaqəli Xəbərlər