Ana səhifə / Dünya / İzmir sahillərində 14 miqrant saxlanılıb İzmir sahillərində 14 miqrant saxlanılıb 24.07.2023, 20:03 Türkiyənin İzmir vilayətinin Dikili rayonu sahillərində rezin qayıqda saxlanılan 14 miqrant gəmidən sahilə çıxarılıb. "Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. Məlumata görə, rayon sahillərində rezin qayıqda bir qrup nizamsız miqrant təsbit edilib və bir Sahil Mühafizə gəmisi bölgəyə göndərilib. Ekipaj üzvləri hərəkətdə olarkən dayandırdıqları qayıqda 14 immiqrantı yaxalayıb. Qeyri-qanuni miqrantlar, əməliyyatlarının ardından Bölgə Miqrasiya İdarəsi Müdirliyinə göndərilib. Teqlər: "İzmir sahillərində 14 miqrant saxlanılıb"