Somalidə hərbi bazaya basqın olub, 25 əsgər öldürülüb
Somalidə hərbi təlim bazasına hücum edilib, 25 əsgər həyatını itirib.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi rəsmilərindən məlumat alınıb.
Məlumata görə, səhər saatlarında Moqadişonun Hodan rayonunda yerləşən Jaalle Siyad Hərbi Akademiyasına hücum həyata keçirilib. Hücumda 25 əsgər həyatını itirib, 60-a yaxın əsgər yaralanıb.
Yaralı əsgərlər Moqadişu Hərbi Tibb Mərkəzi və Rəcəb Tayyib Ərdoğan Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Partlayışla bağlı araşdırmalara başlanılıb.
Hücuma görə məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net