Menyu

Anti-İslam siyasətçi Erik Zemmur: "Fransa Livana çevriləcək..."

Anti-İslam siyasətçi Erik Zemmur: "Fransa Livana çevriləcək..."

İyun ayında bir gəncin polis gülləsi ilə öldürülməsi nəticəsində başlayan üsyan Fransa siyasətini qarışdırıb. 

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, ifrat sağçı siyasətçi Erik Zemmur hadisələrin arxa planı və Fransanı orta müddətli perspektivdə nələrin gözlədiyi ilə bağlı təəccüblü açıqlamalar verib.

O, Fransada yerli əhalinin qeyri-avropalı kütlə ilə əvəzlənəcəyini iddia edən “böyük əvəzetmə” ideyasını dəstəkləyib. 

"Emmanuel Makron da öncəki liderlər kimi olanları anlamazlıqdan gəlir. Cənubdan gələn miqrantlar ölkədə "yad yaşam yerləri" formalaşdırdığı kimi, şiddət və ayrı-seçkilik halların artmasına səbəb olur. Bunu əngəlləmək yerinə, miqrant axınını təşviq edirlər. 

Emmanuel Makron və onun hökumətindən tutmuş, ütün siyasi partiyalar və media Fransada əsas problemin alıcılıq qabiliyyəti olduğuna inanmağı xoşlayır. Amma bu hadisələr bunun əksini sübut edir, Fransanın bir nömrəli problemi immiqrasiyadır. Nə qədər ki, heç kim bunu başa düşməyib və hökumətlərimiz başqa yerlərdən gələn bu azlıqlara boyun əyməyə davam edəcək, bu ölkədə hər gün baş verən zorakılıq davam edəcək. Daha da pisləşəcək", diplomat qeyd edib.

"Fransa mediası insanları bu gün ən böyük təhlükənin ifrat sağçılardan gəldiyinə inandırmaq üçün əlindən gələni edir. Lakin bu doğru deyil. Bütün dünya bu üsyanların görüntülərini gördü. Hər şeyin talan edilməsi, yandırılması ifrat sağçıların işi deyil. Bu yaxınlarda olduğu kimi uşaq arabasında körpələri bıçaqlamaq və ya gənc qızların boğazını kəsmək də sağçılarlıq deyil. Fransadakı zorakılıq itaətkar və solun dəstəklədiyi və hətta təşviq etdiyi immiqrasiyadan qaynaqlanır. Fransanı ortamüddətli perspektivdə nə gözləyir? Düşünürəm ki, son bir neçə gündə baş verən iğtişaşlar problemin kökünə varmasaq, bizi nələrin gözlədiyi barədə yaxşı təsəvvür yaradır. Fransa böyük ehtimalla Livana çevriləcək", - o bildirib.


Erik Zemmur kimdir? 

Açıq mənbələrdən əldə edilən məlumatlara görə, ailəsi Əlcəzair müharibəsindən bir qədər əvvəl, 1952-ci ildə Fransaya köçən Zemmur yəhudi mənşəlidir və ibranicə danışır. Onun yəhudilərin Halaxa qanununa sadiq qaldığı, 2013-cü ildə atasının ölümünə qədər tez-tez ibadət üçün sinaqoqa getdiyi və hətta ikinci adının “Musa” olduğu məlumdur. Bütün bu məlumatlar bir araya gətirildikdə, kifayət qədər “mürəkkəb” bir siyasətçi profili ortaya çıxır.

Fransa siyasətində bəlkə də ən mübahisəli fiqur Erik Zemmurdur. O, Fransada mühacirlər, İslam və müsəlmanlar haqqında radikal fikirləri ilə tanınır. 

Teqlər:

"Anti-İslam siyasətçi Erik Zemmur: \"Fransa Livana çevriləcək...\""

Əlaqəli Xəbərlər